Böyük Britaniya hökuməti Pərviz Müşərrəfi Pakistana təhvil verməkdən imtina edib

Böyük Britaniya hökuməti Pərviz Müşərrəfi Pakistana təhvil verməkdən imtina edib
# 20 aprel 2011 09:27 (UTC +04:00)
Bakı – APA. Böyük Britaniya hökuməti Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin təhvil verilməsi haqqında bu ölkə məhkəməsinin sorğusuna baxmaqdan imtina edib. APA-nın xəbərinə görə, bu barədə Pakistanın “DawnNews” telekanalı məlumat yayıb. Britaniya Xarici İşlər Nazirliyi bu qərarı belə əsaslandırıb ki, ölkələr arasında məhkumların qarşılıqlı ekstradisiyası barədə sənəd imzalanmayıb.

Qeyd edək ki, 2011-ci il fevralın 12-də Pakistan məhkəməsi P. Müşərrəfin həbsinə sanksiya verib. Səbəb Müşərrəfin sabiq baş nazir Bənazir Bhuttoya qarşı 2007-ci ilin dekabrında həyata keçirilən sui-qəsddə əlinin olmasına dair şübhələrin mövcudluğudur. Sabiq prezident bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, məhkəmədən və həbsxanadan qorxmur, lakin yaxın vaxtlarda ölkəyə dönməyə hazırlaşmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR