Nemət Pənahlının məhkəmə baxışı mayın 3-nə təyin olunub

Nemət Pənahlının məhkəmə baxışı mayın 3-nə təyin olunub
# 19 aprel 2011 10:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan dostu Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesə hakim Elman Əhmədov sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq müdafiə etdikləri şəxslərin zaminə buraxılmasını xahiş ediblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı mayın 3-ə təyin edilib.

Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də saxlanılıblar. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR