Azərbaycanda Tibbi sosial ekspert komissiyaları iki hüququnu itirib

Azərbaycanda Tibbi sosial ekspert komissiyaları iki hüququnu itirib
# 18 oktyabr 2012 07:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»də dəyişikliklər edib.

APA-nın hökumətin rəsmi saytına istinadən xəbərinə görə, Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları (TSEK) haqqında Əsasnamə»nin 3.2-ci bəndinin altıncı və yeddinci abzasları ləğv edilib.

Həmin abzaslara əsasən, TSEK-lər ahılların özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilməsi barədə qərar qəbul etmək, sosial xidmət müəssisələrinin rəhbərliyi ilə birgə ahılların evdə sosial xidmətdən imtina etmələrinə əsas verən qərar qəbul etmək hüququna malik idilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR