Səhiyyə mütəxəssislərinin müsabiqə yolu ilə işə qəbulu üzrə vakant olan vəzifələr açıqlanıb

Səhiyyə mütəxəssislərinin müsabiqə yolu ilə işə qəbulu üzrə vakant olan vəzifələr açıqlanıb
# 13 iyul 2011 11:50 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu prosedurun həyata keçirilməsi məqsədilə İşə Qəbul Komissiyası yaradılıb. Vakant olan vəzifələr barədə elanlar Səhiyyə Nazirliyinin internet saytında və “Tibb qəzeti”ndə verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində İşə Qəbul Komissiyasına müraciət edərək sənədləri təqdim etməlidirlər. Eyni zamanda, Səhiyyə Nazirliyinin saytında yerləşən elektron ərizəni doldurmaqla, vakant vəzifələrin tutulmasına dair aparılan müsabiqələrdə iştirak etmək olar.
Məlumatda bildirilir ki, ixtisasları üzrə beş ildən çox işləməmiş tibb mütəxəssisləri müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra vakant vəzifələrin tutulması üçün işə qəbulla bağlı müsabiqələrdə iştirak edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR