Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi bir ildə 32% artıb

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi bir ildə 32% artıb
# 15 avqust 2016 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu –APA-Economics. Bu ilin iyul ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 186 790,64 min manat təşkil edib.

APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 45 200,3 min manat və ya 31,92% çoxdur. İyun ayı ilə müqayisədə 41 996,99 min manat və ya 29,0% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 46 037,18 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 123 376,72 min manat, aksizlər üzrə 14 771,08 min manat, yol vergisi üzrə isə 2 605,66 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR