Azərbaycanda zəlzələlərin sayı və ayrılan seysmik enerjinin miqdarı azalıb

Azərbaycanda zəlzələlərin sayı və ayrılan seysmik enerjinin miqdarı azalıb
# 14 dekabr 2015 13:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. 2015-ci ildə Azərbaycanda 2014-cü illə müqayisədə zəlzələlərin sayı və ayrılan seysmik enerjinin miqdarı bir qədər azalıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatında yer alıb.

Hesabat ilində 17 hiss olunan (ml=3.1-5.9) zəlzələ baş verib. 2015-ci ildə Azərbaycanın şimal zonasında Oguz, Şamaxı-İsmayıllı seysmogen zonasında, Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunur. 2015-ci ildə 2014-cü ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub.

Qeyd edək ki, 2015-ci ildə respublika ərazisində 7000 yaxın zəlzələ qeydə alınıb. Bunlardan 17-i hiss olunan zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR