Misir Mədəniyyət Mərkəzində “Frankofoniya” günü qeyd edilib

Misir Mədəniyyət Mərkəzində “Frankofoniya” günü qeyd edilib
# 17 mart 2016 12:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Frankofoniya – fransızdilli ölkələrin əməkdaşlıq təşkilatına həsr olunmuş tədbir keçirilib.

Misir Mədəniyyət Mərkəzindən APA-ya bildirilib ki, Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Frankfoniya təşkilatı haqqında geniş məlumat verib. O qeyd edib ki, Frankfoniya Beynəlxalq Təşkilatının əsası 1970-ci ildə qoyulub, 1992-1996-cı illərdə BMT-nin baş katibi olmuş Butros Butros Qali Frankfoniya təşkilatının ilk rəhbəri olub. Əsas mərkəzi Parisdə yerləşən təşkilatın üzvlərinin ümumi sayı 56 ölkədən ibarətdir və 1986-cı ildən etibarən mütəmadi şəkildə müxtəlif ölkələrdə təşkilat böyük sammitlər keçirib.

Daha sonra tədbirdə məşhur misirli rejissor Yusif Şahinin müəllifi olduğu “El Masr” (Tale) adlı filmin nümayişi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR