Azərbaycanın FİFA hakimlərinin siyahısı təsdiqlənib

Azərbaycanın FİFA hakimlərinin siyahısı təsdiqlənib
# 25 dekabr 2015 09:08 (UTC +04:00)

Bakı – APA. 2016-cı il üçün Azərbaycanın FİFA hakimlərinin siyahısı təsdiqlənib. Apasport.az saytının məlumatına görə, ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək ədalət təmsilçilərinin adları artıq FİFA tərəfindən də təsdiqlənərək, AFFA-ya müsbət cavab göndərilib.

Ötən il olduğu kimi yenə siyahıda 22 azərbaycanlı ədalət təmsilçisi yer alıb. 1 il əvvəl FİFA-nın təsdiqlədiyi siyahı ilə müqayisədə yeganə dəyişiklik futzalla bağlıdı. 2014-cü ilin dekabrındakı siyahıda Xəlil Hüseynli yer almışdısa, az sonra qəzada ölən referini Fərid İslamov əvəzləyib.

Ümumilikdə isə siyahıda 3 FİFA referisi, 6 assistenti, 4 futzal, 3 çimərlik futbolu hakimi, qadınlarda isə 2 referi və 4 laysman yer alıb.

Referi: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov

Referi köməkçisi: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov

Futzal üzrə FIFA referisi: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Fərid İslamov

Çimərlik futbolu üzrə FIFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva

Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova

Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR