Məzahir Pənahov: "MSK beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir"

Məzahir Pənahov: "MSK beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir"
# 31 oktyabr 2015 16:50 (UTC +04:00)

Bakı - APA. Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüblər.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov görüşdə qeyd edib ki, rəhbərlik etdiyi ali seçki qurumu beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.

S. Lebedev seçkilərlə bağlı həyata keçirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıb. M. Pənahov reallaşdırılmış genişmiqyaslı layihələr və seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi atılmış addımlar barədə qonaqları ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR