Ötən il daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxilolmalar azalıb

Ötən il daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxilolmalar azalıb
# 05 yanvar 2016 10:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ildə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 4 580 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 330 240 manat təşkil edib.

2014-cü il ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9% artım, sığorta haqlarının məbləğində isə 1,3% azalma müşahidə edilib.

Bağlanmış sığorta müqavilələrinin 3 555-i hüquqi şəxslərə, 1 025-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus daşınmaz əmlakla bağlı olub.

Bu icbari sığorta növü üzrə sığortalanmış daşınmaz əmlakın şəhər və rayonlar üzrə bölgüsü aşağıdakı kimidir:

]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR