Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 14 may 2016 15:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Bakı Şəhər Halqasının (BŞH) keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır. Bu səbəbdən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissə bu gün saat 20:00-dan etibarən sabah səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bu barədə APA-ya BŞH-dan məlumat verilib.

İş prosesi ərzində bu küçədə sakinlərdən avtomobillərini saxlamamaları xahiş olunub. Əks halda işin gedişatına mane olan avtomobillər ərazidə olan Dövlət Yol Polisi əməkdaşlarının göstərişi ilə evakuasiya olunacaq.

BŞH-da aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR