"Unibank" ehtiyat məlumat mərkəzinin yaradılmasına 350 min manat xərcləyib

"Unibank" ehtiyat məlumat mərkəzinin yaradılmasına 350 min manat xərcləyib
# 06 oktyabr 2015 13:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” beynəlxalq standartlara cavab verən ehtiyat məlumat mərkəzini istifadəyə verib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu ehtiyat məlumat mərkəzinin yaradılması həm bank, həm də müştərilər üçün böyük əhəmiyyət malikdir.

"Unibank"ın İnfrastruktur və texniki dəstək departamentinin rəhbəri Fərid Məmmədzadə bildirib ki, yeni və təkmilləşdirilmiş ehtiyat məlumat mərkəzi, məlumatların təhlükəsizliyini və aktuallığını qorumaq kimi vacib missiya daşıyır. "Əgər əsas məlumat mərkəzində hər hansı bir fövqəladə hadisə baş verərsə, bu halda belə bank müştərilərinə xidmət göstərməkdə davam edəcək. Çünki yeni mərkəz məlumatların və xarici kommunikasiyaların ən qısa müddətdə bərpa edilməsini tam təmin edir. Bu layihə sayəsində müştəri məlumatları itirilməkdən tamamilə mühafizə olunur. Yeni mərkəzin məsafə baxımından da əsas mərkəzdən uzaqda yerləşməsi məlumatların qorunub saxlanmasını təmin edir", - deyə F. Məmmədzadə bildirib.

Qeyd edək ki, Mingəçevir şəhərində yerləşən yeni ehtiyat mərkəzinin yaradılmasına 2015-ci ilin aprel ayında başlanılıb və layihəyə 350 min manat investisiya yatırılıb. Ehtiyat məlumat mərkəzi yeni avadanlıqlarla təchiz edilib. Yeni məlumat mərkəzi əsas mərkəzdən 270 km məsafədə yerləşir.

“Unibank” hazırda geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR