Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb
# 04 yanvar 2016 09:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən ötən ilin dekabrın 10-da elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb.

APA-nın xəbərinə görə, ümumi müsahibəyə Gənclər və İdman Nazirliyi 1 vəzifə üzrə 1 yer, Maliyyə Nazirliyi 1 vəzifə üzrə 1 yer, Dövlət Statistika Komitəsi 22 vəzifə üzrə 22 yer, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 8 vəzifə üzrə 8 yer, Qaradağ Rayon Məhkəməsi 1 vəzifə üzrə 1 yer, Nərimanov Rayon Məhkəməsi tərəfindən 1 vəzifə üzrə 1 yer təqdim edib.

Ümumi müsahibəyə sənəd qəbulu zamanı 21 namizəd qeydə alınıb.

Qeyd edək ki, vakansiyaların ümumi sayı 34-dür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR