Prezident İlham Əliyev Rumıniya prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Rumıniya prezidentinə başsağlığı verib
# 02 noyabr 2015 10:46 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Klaus İohannisə başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir: “Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR