Daşkəsəndə qadın döyülüb

Daşkəsəndə qadın döyülüb
# 08 iyun 2016 17:50 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə qadın döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aytən Bayramova baş və aşağı ətrafın əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. A. Bayramovanın vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə A. Bayramovanı həyat yoldaşı döyüb.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR