GUAM-ın kiber təhlükəsizliklə bağlı işçi qrupunun iclası keçirilib

GUAM-ın kiber təhlükəsizliklə bağlı işçi qrupunun iclası keçirilib
# 14 may 2016 09:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat GUAM-ın baş katibliyində kiber təhlükəsizliklə bağlı işçi qrupunun iclası keçirilib.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, GUAM-a üzv olan dövlətlərin nümayəndələri iclasın gündəliyində olan məsələləri müzakirə ediblər.

İclasda əsasən kiber təhlükəsizlik sahəsində aktual məsələlər müzakirə edilib, habelə bu sahədə qarşılıqlı anlaşma memorandumu razılaşdırılıb.

İclasın yekununda protokol qəbul edilib. İşçi qrupunun növbəti iclası bu ilin sentyabr- oktaybr aylarında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR