Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır

Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır
# 10 oktyabr 2016 13:30 (UTC +04:00)

Bakı – APA. Sabah futzal üzrə UEFA kubokunda əsas mərhələyə start veriləcək. Apasport.az saytının məlumatına görə, bir illik fasilədən sonra Azərbaycan da turnirdə təmsil olunacaq.

Ötən mövsüm “Xəzər adaları”nın yarışda iştirakı baş tutmamışdısa, bu dəfə “Araz” yenidən qitə səhnəsinə çıxacaq. İki il öncə UEFA kubokuna elit mərhələdən başlayıb, uğursuz çıxış edən Naxçıvan təmsilçisi II qrupda mübarizə aparacaq.

Azərbaycan çempionu elit raunda iki vəsiqə uğrunda mübarizədə aşkar favoritdi. Çünki təmsilçimizlə eyni qrupda yer alan komandalar futzal ölkələri sayılmır. Üstəlik rəqiblərdən ikisi təsnifat mərhələsinin qalibi olan komandalardı.

Belə ki, Gürcüstan çempionu olan Tbilisi Dövlət Universiteti və Kosovonun ən yaxşısı “Feniks” əsas mərhələyə yüksəlmək üçün də mübarizə aparıb. Makedoniya çempionu “Zalazareç” isə hər hansı ciddi uğuru ilə seçilmir.

Bu üzdən “Araz”ın asan qazanılacaq böyükhesablı qələbələri sıralaması gözləniləndi. Bu, ölkə çempionatında ciddi rəqabət görməyən komandamız üçün daha çox elit mərhələyə hazırlığına xidmət edəcək.

Makedoniyada təşkil olunacaq turnirdə “Araz”ın ilk rəqibi Gürcüstan çempionudu. Sabah “tələbələr”i sınağa çəkəcək Naxçıvan klubu ertəsi Kosovo təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunlar Makedoniyanın paytaxtı Skopyedəki Boris Traykovski İdman Mərkəzində baş tutacaq.

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, II qrup

I tur, 11 oktyabr

19:30. “Araz” – TDU (Gürcüstan)

22:00. “Zalazareç” (Makedoniya) – “Feniks” (Kosovo)

II tur, 12 oktyabr

19:30. “Feniks” – “Araz”

22:00. “Zalazareç” – TDU

III tur, 14 oktyabr

15:00. TDU – “Feniks”

17:30. “Araz” – “Zalazareç”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR