“Nikoil Bank" yay əmanət aksiyasının qaliblərini mükafatlandırıb - FOTO

“Nikoil Bank" yay əmanət aksiyasının qaliblərini mükafatlandırıb - <span style="color: red;">FOTO
# 16 sentyabr 2015 13:00 (UTC +04:00)

Bakı - APA-Economics. "Nikoil Bank"ın iyunun 2-dən avqustun 31-dək davam edən “NIKOIL | Səyahət” yay əmanət aksiyası yekunlaşıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, aksiya 3 aydan 60 ayadək müddətə illik 16%-ə qədər faiz dərəcəsi ilə ən azı 1000 manat/dollar/avro məbləğində yerləşdirilən əmanətlərə şamil olunub.

Yeni müştərilər 51 000 manat dəyərində 15 səyahət kuponu oynanılan lotereyada iştirak hüququ qazanıblar. Lotereyanın unikallığı ondan ibarətdir ki, aksiya müddəti ərzində 3 tiraj keçirilib - 10 iyul, 10 avqust və 10 sentyabr tarixlərində və hər birində 5 səyahət kuponu oynanılıb.

Onu da qeyd edək ki, aksiyada iştirak hüququnu bankda əmanəti olan müştərilər də əldə edib, bunun üçün mövcud əmanətlərinin müddətini 50% artırmaq kifayət idi.

Aksiyanın keçirildiyi müddətdə 15 mln. 888 min manat cəlb olunub.

“Nikoil Bank” əmanət xəttini yeniləyib. Belə ki, yeni əmanət növlərini 3 aydan 60 ayadək faizlərin aylıq və ya müddətin sonunda hesablanması şərti ilə yerləşdirmək mümkündür. Yeni əmanət xətti aşağıdakı əmanət növlərindən ibarətdir:

NİKOİL | Vergisiz (maksimal illik gəliri manatla 12%-ə və dollar ilə 8,5%-ə qədər). Əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri bank tərəfindən müştəriyə hədiyyə olunur.

NİKOİL | Stabil (maksimal illik gəliri manatla 14,5%-ə, dollar ilə 10%-ə və dollar ilə 8%-ə qədər). Əmanətin bu növü sığortalanan və artan faiz dərəcəsini özündə cəmləşdirir. Bu zaman əmanətə əlavə və əmanət müddətinin 3 aydan 60 aya qədər yerləşdirilməsi mümkündür.

NIKOİL | Private (maksimal illik gəliri manatla 13,7%-ə, dollar ilə 9,1%-ə və dollar ilə 7,6%-ə qədər). Əmanətin ilkin məbləğinin artırılması şərtilə, əmanətə olan faiz dərəcəsinin artması bu əmanət növünün əsas özəlliyidir. Bu əmanət VİP müştərilər üçün nəzərdə tutulub.

Bu gün “Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR