Rumıniyada ABŞ-ın Raketə Qarşı Müdafiə Sistemi istifadəyə verilir

Rumıniyada ABŞ-ın Raketə Qarşı Müdafiə Sistemi istifadəyə verilir
# 12 may 2016 00:40 (UTC +04:00)

Bakı-APA. Bu gün Rumıniyanın Deveselu şəhərində ABŞ-ın “Aegis” Raketə Qarşı Müdafiə Sistemi istifadəyə veriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, mərasimdə Rumıniyanın baş naziri Daçian Çoloş, NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ müdafiə nazirinin müavini Robert Uork iştirak edəcək.

Qeyd edək ki, Rumıniyanın cənubunda yerləşən Deveselu şəhərindəki hərbi bazada “Aegis” Raketə Qarşı Müdafiə Sisteminin yerüstü kompleksi ötən ilin dekabrında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR