Azərbaycanla Polşa iqtisadi əlaqələri genişləndirmək niyyətindədir

Azərbaycanla Polşa iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
# 30 sentyabr 2015 09:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Polşanın Azərbaycandakı səfiri Marek Tsalkanı qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın əməkdaşlığın inkişafında rolu qeyd edilib. Azərbaycan-Polşa əlaqələrinin bir çox sahələri, o cümlədən iqtisadi sahəni əhatə etdiyi və ölkələrimiz arasında mövcud olan hüquq-müqavilə bazasının əməkdaşlığın daha da genişlənməsinə imkan verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə də toxunulub, kənd təsərrüfatı, turizm, hava nəqliyyatı, yük daşımaları, əczaçılıq sahələrində əməkdaşlıq, Azərbaycan sənaye parklarında Polşa şirkətlərinin iştirak imkanları qeyd edilib.

Azərbaycan və Polşa arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR