Sankt-Peterburqda azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub

Sankt-Peterburqda azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub
# 20 iyun 2016 15:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Sankt-Peterburqun Sofiyskaya meyvə-tərəvəz bazarında azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.

APA-nın “RIA Novosti”-yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Peterburq və Leninqrad vilayəti üzrə baş idarəsinin mətbuat xidməti hadisənin kütləvi dava olmadığını, iki nəfər arasında münaqişə səbəbindən baş verdiyini açıqlayıb: “Yerli vaxtla saat 13.30 radələrində əslən azərbaycanlı iki şəxs arasında münaqişə baş verib. Onlardan biri digərinə odlu silahla atəş açıb və qaçmağa çalışıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. Digəri isə xəstəxanaya yerləşdirilib”.

Hadisə yerində istintaq qrupu işləyir. Cinayət işinin başlanması məsələsi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR