Hacıqabulda avtomobil dəmir səddə çırpılıb, altı nəfər xəsarət alıb

Hacıqabulda avtomobil dəmir səddə çırpılıb, altı nəfər xəsarət alıb
# 27 fevral 2016 11:16 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “KİA Sportage” markalı, 90 LP 010 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR