Ermənistan prezidenti Dağlıq Qarabağda cəbhə xəttində olub

 Ermənistan prezidenti Dağlıq Qarabağda cəbhə xəttində olub
# 23 iyun 2016 07:29 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın işğal altında olan ərazilərə səfər edən Ermənistan prezidenti Serj Sarkisyan dünən separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan və ondan əvvəl separatçılara rəhbərlik etmiş Arkadi Qukasyanla birlikdə ön cəbhədə olublar.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, onlar cəbhə xəttində xidmət edən hərbçilərlə görüşüb, vəziyyətlə maraqlanıblar.

Bunun ardınca isə S. Sarkisyanın rəhbərliyi ilə Xankəndində yüksək rütbəli zabitlərlə müşavirə keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR