Mərkəzi Bank balansında olan aktivləri sığortalayan şirkət axtarır

Mərkəzi Bank balansında olan aktivləri sığortalayan şirkət axtarır
# 08 iyun 2016 07:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.

APA-Economics” xəbər verir ki, tender “Dövlət satınalmaları haqqında” qanununa müvafiq keçirilir.

Tender proseduru iyulun 27-də AMB-nin inzibati binasında baş tutacaq.

İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üçün Maliyyə Nazirliyindən rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə icbari sığorta bürosunun iştirakçı sığortaçılarının reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər. Bundan başqa, iddiaçının kapitalı sığortaçılar üçün tələb olunan 5 mln. manatdan az olmamalıdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 200 manat məbləğində vəsait köçürməlidirlər.

Qeyd edək ki, xidmətin göstərilməsinə noyabrın 1-dən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə isə 2017-ci il yanvarın 25-dən başlanılır. Xidmətin göstərilmə müddəti 12 aydır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR