Sumqayıtda Uşaq İncəsənət Məktəbi açılıb

Sumqayıtda Uşaq İncəsənət Məktəbi açılıb
# 27 sentyabr 2016 09:38 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.

Qeyd edilib ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR