İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 14 aprel 2016 13:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında "Qoşa Təpə" Gömrük Postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üzərindən, sağ ayağındakı corabın içəri topuq hissəsindən gömrük nəzarətindən gizlədilən, bir ədəd bükümdə xalis çəkisi 2,55 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR