DSMF: Bu il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatıb

DSMF: Bu il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatıb
# 25 dekabr 2015 07:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb”.

APA-Economics” xəbər verir ki, bu barədə fondun sədri Elman Mehdiyev bildirib.

Pensiya ödənişinin maliyyə təminatını ilə bağlı suallara aydınlıq gətirən fond sədri qeyd edib ki, DSMF 2015-ci ildə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.

E. Mehdiyev eyni zamanda, fondun maliyyə qöstəricilərini şərh edərək deyib ki, 2015-ci ilin yekununa görə fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR