"Rabitəbank" III rübü iri mənfəətlə başa vurub

"Rabitəbank" III rübü iri mənfəətlə başa vurub
# 23 oktyabr 2015 12:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Rabitəbank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübünə 349 899 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,34% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,13% artaraq 216,020 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 30,55% artaraq 11,323 mln. manat olub ki, bu da ümumi kredit portfelinin 5,24%-ni təşkil edir.

Bankın depozit portfeli 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 26,31% artaraq 216,655 mln. manata çatıb. Bu dövrdə əhalinin əmanətlərinin həcmi isə 158,145 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,23% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 20,3% artaraq 64,715 mln. manata çatdığı halda, nizamnamə kapitalı 6,58% artaraq 48,500 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,36% azalaraq 36,593 mln. manat, xərcləri isə 12,02% azalaraq 33,468 mln. manata çatıb.

Cari ilin doqquz ayı ərzində “Rabitəbank”ın əldə etdiyi mənfəət 3,124 mln. manat olub.

Hazırda bankın ölkə üzrə 24 filialı, 49 bankomatı, 413 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR