Tiflisdə "Şərq Tərəfdaşlığı" ölkələri səhiyyə nazirlərinin görüşü keçirilib

Tiflisdə "Şərq Tərəfdaşlığı" ölkələri səhiyyə nazirlərinin görüşü keçirilib
# 26 noyabr 2015 08:30 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin səhiyyə nazirlərinin VI qeyri-rəsmi görüşü olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dialoq formatında keçirilən görüşdə Azərbaycanı səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Görüşü Gürcüstan səhiyyə naziri David Sergeyenko açaraq “Şərq Tərəfdaşlığı” çərçivəsində həyata keçirilən proqramın köməyi ilə bir çox problemləri öyrənməyin və təcrübə mübadiləsi aparmağın vacib olduğunu vurğulayıb.

Sonra müzakirələr Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və digər ölkələrin səhiyyə nazirlərinin iştirakı ilə dialoq formatında başlayıb.

Müzakirələr qapalı aparılıb.

Tədbirdə çıxış edən Y. Han “Şərq Tərəfdaşlığı” ölkələrinə səhiyyə sahəsində kömək etməyə hazır olduqlarını bildirib. Sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı V. Andriukaitis (Latviya) isə “Şərq Tərəfdaşlığı” ölkələri arasında səhiyyə sahəsində keçirilən islahatları müzakirə etdiklərini bildirib: "Biz səhiyyənin sabit inkişafı üçün çalışmalıyıq. Ölkələrimiz ayrılıqda işləyə bilməz. Bu istiqamətdə bir-birimizə töhfə verməliyik. Biz böhran və miqrasiya vəziyyətində də təcrübə mübadiləsi aparmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR