Azərbaycan avtomobil idxalını 9 dəfə azaldıb

Azərbaycan avtomobil idxalını 9 dəfə azaldıb
# 17 fevral 2016 11:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycana 437 ədəd avtomobil idxal olunub.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə 3 653 avtomobil və 9,36 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 5 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 401 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 26 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xatırladaq ki, 2015-ci ilin yanvar ayında ölkəyə xaricdən 4 090 ədəd avtomobil vasitəsi gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR