NATO-Azərbaycan əməkdaşlığı müzakirə olunub

NATO-Azərbaycan əməkdaşlığı müzakirə olunub
# 16 dekabr 2015 14:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “NATO-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, dəyirmi masada səfirlər, hərbi attaşelər, NATO ölkələrinin Bakıdakı diplomatik nümayəndəliklərinin rəhbərləri, NATO-nun Cənubi Qafqaz üzrə bürosundan olan nümayəndələr iştirak edib.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristian Ciobanu NATO və Azrəbaycan arasında ictimai dipomatiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Səfir deyib ki, Rumıniya NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsi üçün ictimai diplomatiya ilə bağlı tədbirlərin təşkilini 2016-cı ildə də davam etdirəcək. Diplomat NATO-Azərbaycan tərəfdaşlığının strateji əhəmiyyət daşıdığını da vurğulayıb.

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uliyam Lahyu NATO-nun Azərbaycandakı prioritetləri ilə bağlı təqdimat verib.

Daha sonra dəyimri masa iştirakçıları NATO-Azrəbaycan əməkdaşlığının müxtəfli aspektlərinə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR