Bordyuja: “Qarabağda hərbi əməliyyatların genişlənməsi Qafqazda partlayışa səbəb ola bilər”

Bordyuja: “Qarabağda hərbi əməliyyatların genişlənməsi Qafqazda partlayışa səbəb ola bilər”
# 28 dekabr 2015 08:31 (UTC +04:00)

APA-nın “panarmenian.net” saytına istinadən verdiyi xəbərə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.

N. Bordyuja qeyd edib ki, münaqişənin eskalasiyasının qarşısı alınmalıdır.

“Dövlətlərimizin siyasi resursları vəziyyətin gərginləşməsinin qarşısı almağa yönəlməlidir ki, irimiqyaslı hərbi münaqişə baş verməsin. Baş verə biləcək bu dəhşətli hadisə bütün Qafqazda partlayışa səbəb ola bilər”, - deyə N. Bordyuja qeyd edib.

O bildirib ki, münaqişənin həlli üçün siyasi metodlardan istifadə etmək lazımdır.

Xatırladaq ki, dekabrın 21-də Moskvada KTMT sammitində Ermənistan prezidenti Serj Sarkisyan quruma üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tənqid edərək Azərbaycanın atəşkəsi pozmaqla Astana, Düşənbə, Moskva və Minskə də atəş açdığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistan rəhbərliyinin çıxışını avantüra adlandıraraq bunu hərbi diktatura rejimləri üçün xarakterik xüsusiyyət olduğunu bəyan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR