“Qəbələ”nin idman direktoru Toni Adams Bakıda ürəyindən təcili əməliyyat olunub

“Qəbələ”nin idman direktoru Toni Adams Bakıda ürəyindən təcili əməliyyat olunub
# 04 noyabr 2015 23:28 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu barədə “SKY Sport”a keçmiş futbolçu özü məlumat verib.

Məşqlərin birində ürəyində ağrılar hiss elədiyini deyən Adams, təcili Bakıya gətirildiyini və əməliyyat olunduğunu bildirib: “Qəbələ”nin məşqlərindən birində sinəmdə ağrılar hiss elədim. Təcili Bakıya gətirildim və klinikaların birində əməliyyata alındım. Ürəyimdə angioplastika əməliyyatı edildi. Azərbaycanlı cərrah o qədər gözəl və dəqiq iş görmüşdü ki, hətta mənim Britaniyadakı kardioloqum belə buna heyran olmuşdu. Tam əminliklə deyə bilərəm ki, kardioloq-cərrah Üzeyir Rəhimov və onun komandası olmasaydı, həyatımı xilas etmək çox çətin olacaqdı. Təxirəsalınmaz əməliyyat sayəsində hazırda həyatdayam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR