Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib

Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib
# 16 iyun 2016 10:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan nazirliyin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 14 iyun tarixdən 28 iyun tarixədək Səhiyyə Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Səhiyyə Nazirliyinə (Telefon: 441 26 03 (daxili 312) müraciət edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR