Bakıda 3 il əvvəl qətl törətmiş şəxslər həbs edilib

Bakıda 3 il əvvəl qətl törətmiş şəxslər həbs edilib
# 29 avqust 2016 10:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda 3 il əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyən edilib.


E. Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR