Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 May

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 May
# 10 may 2016 18:16 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

ABŞ-ın neft siyasətini anlamaq üçün Səudiyyə Ərəbistanının neft siyasətini izləmək yetər. Vaşinqton hasilatın dondurulması qərarına qarşı idi, Səudiyyə Ərəbistanı danışıqları pozdu. Vaşinqton ucuz nefti hələ də Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir, Səudiyyə Ərəbistanı qiyməti ucuzlaşdırmaq üçün hasilatı dayanmadan artırır. Bazarda təlatüm yaradan bir məqam da alternativ enerji mənbələrinin inkişafının zəruriliyi barədə fikirlərin ən yüksək səviyyələrdə tirajlanmasıdır. İnvestisiyaları neft sektoruna deyil, alternativ enerji mənbələrinə yatırmağın zəruriliyini açıqlayan amerikalılardır, buna cavab olaraq yüz milyardlarla dollar investisiya tələb edən səhrada Günəş enerjisi stansiyaları layihəsinə sahiblənən isə səudiyyəlilər. Vaşinqtonun İran siyasətindən narazı qalan Səudiyyə bir müddət Ağ Evin neftlə bağlı planlarını alt-üst etməyə çalışsa da, Ər-Riyad görüşündən sonra bu narazılıqlar aradan qalxmış kimi görünür. Eyni zamanda o da görünür ki, Obama Ər-Riyad görüşündə təkcə Səudiyyə ilə deyil, ərəb dövlətlərinin rəhbərləri ilə də ortaq məxrəcə gələ bilib. Həm də təkcə neft məsələsində deyil, dünyada ticarətin yeni qaydalarının müəyyənləşməsi barədə də. Bunun hansı formada olduğuna yaxın zamanlarda Cənub - Şərqi Asiya regionundan ərəb kapitalının hərəkəti daha aydın cavab verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR