Rəsul Cəfərovun kasassiya şikayəti təmin edilməyib

Rəsul Cəfərovun kasassiya şikayəti təmin edilməyib
# 16 fevral 2016 09:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Bu gün Ali Məhkəmədə İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Fərhad Kərimov sədrlik etdiyi prosesdə R.Cəfərovun kasassiya şikayəti təmin edilməyib.

R.Cəfərov məhkəmə prosesində iştirak edib.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Prosesdə Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə həbs cəzası saxlanılıb. Bundan sonra hökmdən kassasiya şikayəti verilərək cinayət işinə xitam verilməsi istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR