İşçi qrupunun rəhbəri: "Ukrayna prezidenti ilə iyulun 14-də Azərbaycana səfərimiz gözlənilir"

İşçi qrupunun rəhbəri: "Ukrayna prezidenti ilə iyulun 14-də Azərbaycana səfərimiz gözlənilir"
# 11 iyul 2016 11:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. "Ukrayna prezidenti ilə iyulun 14-də Azərbaycana səfərimiz gözlənilir".

Bunu APA-ya açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçie deyib.

O, P. Poroşenkonu iki günlük səfərdə hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edəcəyini, səfər hazırlıqlarının tamamlanmaq üzrə olduğunu qedd edib.

Qeyd edək ki, səfər proqramına Taras Şevçenkonun Bakıdakı abidəsinin ziyarət olunması, ölkə başçılarının təklikdə və nümayəndə heyətləri ilə birlikdə görüşləri, iş adamlarının iştirakı ilə toplantılar və s. daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR