Bakıda avtomobilin yanmasının qarşısını alınıb

Bakıda avtomobilin yanmasının qarşısını alınıb
# 29 dekabr 2015 20:13 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri avtomobilin yanmasının qarşısını alıb. APA-nın məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. Zabratdan şəhər istiqamətində hərəkətdə olan "90 TD 305" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil qəfil tüstülənib. Sürücü dərhal avtomobili tərk edərək Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" xidmətinə zəng vuraraq məlumat verib. Dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürənlər maşının mühərrik hissəsindəki tüstülənmənin qarşısını alaraq, avtomobilin yanmasına imkan verməyiblər.

Avtomobil daha sonra evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR