Həmsədrlər yayda bölgəyə səfər edəcək

Həmsədrlər yayda bölgəyə səfər edəcək
# 13 may 2017 08:23 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın aylarda regiona səfər edəcək.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Atlantic Council” tərəfindən təşkil olunan konfrans zamanı amerikalı həmsədr Riçard Hoqland deyib. “Biz növbəti səfərləri münaqişə tərəflərinin paytaxtlarına planlaşdırırıq. Böyük ehtimalla bu, ya iyun, ya da iyulun əvvəli baş verəcək“, - deyə o, söyləyib.

R. Hoqland bildirib ki, həmsədrlər prezidentlərin tez bir zamanda yenidən görüşməsini istəyir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR