Şirvanda küçədən 3 günlük körpə tapılıb - FOTO - YENİLƏNİB

Şirvanda küçədən 3 günlük körpə tapılıb - FOTO - YENİLƏNİB
# 29 noyabr 2019 13:23 (UTC +04:00)

Şirvanda küçədən yeni doğulmuş körpə tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 28-də saat 18.20 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18 mənzil 2 ünvanında yerləşən mənzilin qapısından, yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq aşkar edilib.

Hadisə barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları tərəfindən tapılmış uşaq Şirvan doğum evinə təhvil verilib. Həkimlərin rəyinə görə, uşaq təxminən 2-3 gün əvvəl doğulub. Çəkisi 2,4 kiloqram, cinsi qız, təxminən 36 həftəlik hamiləlikdən sonra dünyaya gəlib. O da qeyd edilir ki, uşağın göbəyinin qeyri-peşəkar kəsilməsindən aydın olur ki, körpə tibb müəssisəsində doğulmayıb. Uşağa həkimlər tərəfindən bütün yardımlar edilib. Körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.

***

Saat 11:29

Noyabrın 28-də polis əməkdaşları tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətirilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər. Faktla əlaqədar müvafiq qurumlara məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR