Azərbaycan prezidenti Avstriya Milli Şurasının sədrini təbrik edib

Azərbaycan prezidenti Avstriya Milli Şurasının sədrini təbrik edib
# 25 oktyabr 2016 16:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Avstriya Milli Şurasının sədri Doris Buresi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım sədr, Avstriya Respublikasının milli bayramı münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR