Bakıda iki piyada vurma hadisəsi olub

Bakıda iki piyada vurma hadisəsi olub
# 15 iyun 2017 23:28 (UTC +04:00)

Dünən axşam saatlarında Bakı şəhərində iki piyada vurma hadisəsi qeydə alınıb.

APA-nın verdiyi xəbərə görə, Bakının Xətai rayonunda, Neapol dairəsi yaxınlığında 1990-cı il təvəllüdlü Səfərov Vüqar Mirxan oğlunu avtomobil vurub. O, kəllə-beyin travması və bud sümüyünün sınığı xəsarətləri ilə Bakı şəhər 3 saylı xəstəxanasına çatdırılıb.

Daha bir piyada vurma hadisəsi isə Bakının Nizami rayonu, Şərifli küçəsində baş verib. Belə ki, 1968-ci il təvəllüdlü Cəfərova Nüşabə Akif qızını maşın vurub. C. Nüşabə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bakı şəhər 3 saylı xəstəxanaya yerləşdirilib.

Hadisələri törədən şəxslər polis tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR