Gürcü fotoqrafın Şəkidə çəkdiyi fotoşəkillər beynəlxalq sərgidə nümayiş olunub

Gürcü fotoqrafın Şəkidə çəkdiyi fotoşəkillər beynəlxalq sərgidə nümayiş olunub
# 30 mart 2018 19:08 (UTC +04:00)

Gürcüstanın Milli Parlament Kitabxanasında “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” adlı beynəlxalq foto sərgi açılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, tədbir Gürcüstan Fotoqraflar Assosiasiyası tərəfindən təşkil olunub.

Sərgidə Beynəlxalq Foto Sənəti Federasiyası (FİAP) tərəfindən keçirilmiş müsabiqənin qaliblərinin fotoşəkilləri sərgilənib. Müsabiqədə 57 ölkədən 383 fotoqrafın 5292 fotoşəkli iştirak edib. Beynəlxalq münsiflər heyəti 4146 fotoşəkli seçərək onlardan 158-ni mükafatlandırıb.

Müsabiqədə gürcü fotoqraf Marika Çarkvianinin Azərbaycanın Şəki şəhərində çəkdiyi iki fotoşəkil də yer alıb. Fotoşəkillərdə Şəki sakinləri olan çörəkçi və paxlavaçı əks olunub.

Fotoqrafın bildirdiyinə görə, fotoşəkillər ötən ilin payızında çəkilib: “Şəkinin zəngin koloritini özündə əks etdirən bir neçə fotoşəkil çəkmişəm. Şəkinin ab-havası və tarixi məkanları çox xoşuma gəldi”.

“Gürcüstan-Ukrayna-Azərbaycan 2017” adlı beynəlxalq foto sərginin bu ilin may ayında Bakıda da keçiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR