Ukraynada hakim partiyanın deputatı daxili işlər nazirini dövlət çevrilişinə hazırlıqda ittiham edib

Ukraynada hakim partiyanın deputatı daxili işlər nazirini dövlət çevrilişinə hazırlıqda ittiham edib
# 30 iyun 2017 10:52 (UTC +04:00)

Ukraynada “Pyotr Poroşenko bloku” fraksiyasının deputatı Sergey Leşenko daxili işlər naziri Arsen Avakovu dövlət çevrilişinə hazırlıqda ittiham edib.

APA-nın məlumatına görə, yerli ZİK telekanalında çıxış edən deputat bəyan edib ki, A. Avakovun komandası hakimiyyətin ələ keçirilməsi də daxil olmaqla, istənilən ssenariyə hazırdır.

“Daxili işlər naziri isə baş nazir olmağı planlaşdırır. Bu gün Ukrayna hökuməti Avakovun razılığı olmadan qərar qəbul etmir. O, həmçinin, “Xalq Cəbhə”sindən olan nazirləri idarə edir”, - deyə o bildirib.

Deputat əlavə edib ki, Ukrayna daxili işlər nazirinin ətrafında istənilən əməliyyatlara hazır olan “yarımkriminal qruplaşma” fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR