Masallıda 7 otaqlı evdə yanğın olub

Masallıda 7 otaqlı evdə yanğın olub
# 12 sentyabr 2016 20:12 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Mahmudovar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan 7 otaqlı evin 2-ci mərtəbəsinin 2 otağında mebel dəsti 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR