Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib
# 19 oktyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 17-də saat 17 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində Şamaxı rayon sakini Azər Cəmiyevin idarə etdiyi “Fiat” və Bakı şəhər sakini Elməddin Həşimovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə A.Cəmiyevin sərnişini, Bakı şəhər sakini Həvayət Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR