Nazirlik: İcbari təhsildən yayınan uşaqlar var

Nazirlik: İcbari təhsildən yayınan uşaqlar var
# 06 oktyabr 2016 09:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycanda icbari təhsildən yayınan uşaqlar var. Lakin son illərdə icbari ümumi orta təhsildən yayınma halları əhəmiyyətli dərəcədə azalıb”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O icbari təhsildən yayınma hallarının səbəblərini açıqlayıb: “Müəyyən uşaqlar Azərbaycanda 1-ci sinfə gedir, daha sonra təhsilini başqa ölkədə davam etdirir. Bir qisim uşaq sağlamlığını itirdiyi üçün təhsildən yayınır. Burada miqrasiya məsələləri də var”.

E. Əmrullayev qeyd edib ki, 1,3 - 2 faiz uşaq məktəbə getmir: “Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, 9-cu sinfi 900 şagird bitirib. Burada 10 faiz şagird icbari təhsildən yayınıb demək düz deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR