“Standard Insurance” yığımlarının 27%-ni ödənişə yönəldib

“Standard Insurance” yığımlarının 27%-ni ödənişə yönəldib
# 04 oktyabr 2016 07:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Standard Insurance” Sığorta Şirkəti 2016-cı ilin 9 ayı ərzində müxtəlif sığorta növləri üzrə 17 mln. 317 min 718 manat məbləğində sığorta haqqı toplayıb.

Sığorta şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,63% çoxdur. Qeyd edək ki, ötən ilin eyni dövründə şirkət 16 mln. 873 min manat sığorta haqqı toplayıb.

Bu ilin 9 ayı ərzində şirkət sığorta hadisələri üzrə 4 mln. 650 min 327 manat məbləğində sığorta ödənişi həyata keçirib. Başqa sözlə, şirkət yığımlarının 27%-ni ödənişə yönəldib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR