Nurəddin Heydərov layihə rəhbəri təyin olunub

Nurəddin Heydərov layihə rəhbəri təyin olunub
# 19 oktyabr 2015 11:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Nurəddin Heydərova yeni vəzifə verilib.

APA-nın məlumatına görə, N. Heydərov Təhsil Nazirliyi yanında Təhsilə İctimai Dəstək layihəsinin rəhbəri təyin olunub. N. Heydərov APA-ya yeni təyinatı ilə bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi N. Heydərov öz ərizəsi ilə tutduğu vəzifədən gedib. Onun yerinə isə hələlik təyinat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR